Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp planı beynəlxalq hüquqa sığmır

Tramp planı beynəlxalq hüquqa sığmır


"Ukraynanın işğalda qalan ərazilərindən Krım və Dombas vilayətlərinin Rusiyaya birləşdirilməsi və daha sonra Ukrayna ordusunun hərbi gücünün ölçülü azaldılması ilə bağlıdır. Daha sonra isə orduda xidmət edən canlı qüvvəsinin yarı-yarıya azaldılması ilə bağlı bəndlər yer alıb ki, bunlar da Ukrayna tərəfindən qətiyyətlə rəd edilib".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, bundan başqa Tramp planı həmçinin beynəlxalq hüquqa sığmır və bu kimi işğalçılıq siyasəti və əməllərin leqallaşdırılması dünya dövlətləri üçün heç də xoş nümunə deyil:

"Bu baxımdan hesab edirəm ki, Ukrayna hökuməti və başda prezident Zelenski olmaqla Tramp planını tam olaraq bütün maddələrini qəbul etmək kimi vəziyyət yoxdur və bu istiqamətdə yayılan mövcud məlumatlar həqiqəti əks etdirmir".

Süleyman
Xəbəri paylaş