
Ukraynada Rusiyaya meyillilik səbəbindən ailə daxilində cinayət hadisəsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kiyev vilayətinin İrpen şəhərində yaşayan qadın rusiyapərəst fikirlərinə görə mübahisə zamanı ərini bıçaqlayaraq öldürüb. Baş vermiş hadisə barədə vilayət prokurorluğu da məlumat yayıb.
Prokurorluğun Telegram kanalında yayılan məlumatda deyilir ki, o, ərinin sinəsindən Rusiyayönümlü fikirlərinə görə bıçaqlayıb.
İdarədən verilən məlumata görə, cütlüyün mənzilində məişət zəminində mübahisə yaranıb. Həmin vaxt 54 yaşlı qadın kələm doğrayarkən 70 yaşlı ərini bıçaqlayıb. O, tibb işçiləri gələnə qədər dünyasını dəyişib. Qadın barəsində həbs-qətimkan tədbiri seçilib.
Cavid










































