
"28 bəndlik sülh planı həm qərbli müttəfiqlər, həm də Ukrayna tərəfindən istisnasız olaraq qəbul edilmədi. Xüsusən də Ukraynanın işğal edilmiş ərazilərinin legitimləşdirilməsi, suveren hüquqlarının məhdudlaşdırılması, silahlı qüvvələrinin azaldılması və təhlükəsizlik kimi məsələlər ciddi etiraz doğurdu. Kiyev bunları özünün "qırmızı cızgisi" hesab etdi. Cenevrədə toplaşan Qərb liderləri Trampın təkliflərini Avropa üçün təhlükəsizlik riskləri yaradacağın və bunun Moskvanı cəsarətləndirəcəyini iddia edərək 24 bəndlik alternativ həll paketini ortaya qoydu. Bundan sonra Tramp tənzimlənmə planına korrektələr və ixtisarlar etmək məcburiyyətində qaldı. pProblemin mürəkkəb tərəfi ondadır ki, tükənməkdə olan Rusiyanı Tramp bu cür güzəştlər və addımları ilə yenidən fəallaşdırmaqla eyni anda Ukraynanı və Qərbi özümdən daha çox asılı vəziyyətə salır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov Trampın sülh planına Qərbdən və Ukraynadan olan reaksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, Moskvadan ABŞ öz qlobal maraqlarını maneəsiz və şəriksiz təmin etmək üçün təzyiq aləti kimi istifadə edir:
"Paralel olaraq da Rusiya ilə əlverişli iqtisadi ticari və siyasi sövdələşməyə can atır. Bənzətmə etsək, bir güllə ilə iki dovşan" vurur. Biznes maraqlarını strateji və təhlükəsizlik maraqlarından üstün tutan Ağ Ev rəhbəri üçün Qərbin təhlükəsizlik arxitekturası, Ukraynanın ərazi itkilərinə məruz qalması önəmli deyil. Önəmli odur ki, Rusiyanın zəngin təbii resurslarına, geniş bazarlarına maneəsiz güzəştli giriş qazansın, Arktikanın birgə işlənməsinə nail olsun, Cinin artan ekspansiyasiyasının qarşısını alsın".
Süleyman










































