Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

6500 azərbaycanlı gənc Türkiyə Təqaüdləri vasitəsilə təhsil alıb

6500 azərbaycanlı gənc Türkiyə Təqaüdləri vasitəsilə təhsil alıb


"Bu günə qədər 125 mindən çox azərbaycanlı qardaşlarımızın yolu Türkiyədən keçib. 1992-ci ildən bəri təxminən 6500 gəncimiz Türkiyə Təqaüdləri vasitəsilə təhsil alıb".

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Yurtdışı Türkler ve Akraba Topluluklar (YTB) Başkanı Abdulhadi Turus deyib. O bildirib ki, təkcə 2025-ci ildə 2000-dən çox müraciət qəbul edilib:

"Bu rəqəmlər statistika deyil; onlar qardaşlığımızın nümunəsidir".

YTB başqanı deyib ki, Azərbaycan rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətində xüsusi bir yer tutur:

"YTB olaraq, təsis edildiyimiz gündən bəri Azərbaycanda təhsil və mədəniyyət sahəsində əhəmiyyətli fəaliyyətlər göstərmişik".

Süleyman
Xəbəri paylaş