Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXCP-nin son onilliklərdə nümayiş etdirdiyi siyasi xətt radikal retorikanın əsasında qurulub

AXCP-nin son onilliklərdə nümayiş etdirdiyi siyasi xətt radikal retorikanın əsasında qurulub


"Dövlət təhlükəsizliyi orqanlarının apardığı araşdırmalar çərçivəsində təqdim edilən məlumatlar bir sıra narahatlıq doğuran məqamları üzə çıxarır. Ramiz Mehdiyevlə bağlı qüvvələrin potensial aktivləşməsi və bu prosesdə müxalif strukturların rolu təhlükəsizlik xidmətlərinin diqqət mərkəzindədir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, AXCP-nin son onilliklərdə nümayiş etdirdiyi siyasi xətt radikal retorikanın əsasında qurulub:

"Əli Kərimli və partiya üzvlərinin bəzi addımlarının, bəyanatlarının ölkənin dövlət maraqları ilə ziddiyyət təşkil etməsi heç kəsə sirr deyil. Belə hallara misal olaraq beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə qarşı çıxışları,
regional əməkdaşlıq layihələrinə münasibətdə konstruktiv olmayan mövqe sırgilənməsini və daxili sabitliyin pozulmasına yönəlmiş addımları söyləmək olar".

Deputat qeyd edib ki, müasir təhlükəsizlik konsepsiyaları təhdidlərin qarşısının vaxtında alınmasının əhəmiyyətini vurğulayır:

"Dövlət strukturlarının potensial riskləri erkən mərhələdə müəyyənləşdirməsi və lazımi tədbirlər görməsi ölkənin suverenliyinin qorunması üçün vacibdir.

Regionda geosiyasi rəqabətin artdığı bir dövrdə xarici güc mərkəzlərinin daxili qüvvələrdən istifadə etməsi riski daim mövcuddur. Bu baxımdan daxili sabitliyin təmin edilməsi və qanunun aliliyi prinsipinin bərqərar olması strateji əhəmiyyət daşıyır".

Süleyman
Xəbəri paylaş