
Xalqına və dövlətinə qarşı ləyaqətsiz yol tutmuş, pisliklər etmiş, zaman-zaman olmayan boş beynində xəyanət planları hazırlayan Prezident Administrasiyasının keçmiş və üzdəniraq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqəli DTX AXCP-nin sədri Əli Kərimlini və onun müşavirini saxlayaraq dindirməyə cəlb edib. Əlbəttə bu məlumat yayılarkan hec də təəcüblənmədik, çünki görülən daga nə bələdçi lazımdır. Sadəcə DTX-nın səbrlə və faktlara söykənən əsaslandırılmış uğurlu əməliyyatını ürəkdən alqışladıq. DTX-nın, ölkəmizin hüquq mühafizə orqanlarının, təhlükəsizliyimizi qorumaq üçün fədakar əməyi hər zaman insanlarımız tərəfindən yüksək qiymətləndirilir.
Hec şübhəsiz ki, bu kimi şərəfsiz ünsürlər xalqımızın zaman-zaman düçar oldugu bəlalardan yaxa qurtarmaq üçün mücadilə etdiyi zaman yalançı demokrat imicini özlərinə sipər edərək xalqın bir qrup hissəsini aldadaraq və ya istifadə edərək öz məkrli siyasətlərini həyata keçirmişlər. Ramiz Mehdiyev nə qədər cılız biri olub ki, müasir və müstəqil Azərbaycan dövlətinin dünya siyasətinin nəhəngi Heydər Əliyevin dühası ilə qurulub, hüquqi və denokratik bir dövlət kimi dünyada qəbul edildiyini o, boş başı ilə hələ başa düşməyib.
Bu dövləti dünyanın ən nüfuzlu aktoru edən, 200 ildən artıq düçar oldigu bəlalardan xilas edən, məharətli sərkərdəliyi ilə dünyanı heyran qoyan cənab peezidentimiz İlham Əliyevdir. Bəs bu Ramizlər, Kərimov əlilər, gültəkinlər hardan peyda oldu? Bax bunun üzərində düşünməyə dəyər. Kərimov Əli, Ramiz Mehdiyevin xəyanət işi ilə əlaqədar dindirilmə üçün saxlanıldıqda aşkar oldu ki, onu, Gütəkini, Cəmili və xaricdəki söyüş müxalifətini toyuq kimi qaqqıldadan, xoruz kimi banladan elə, el dilində deyidiyi kimi "Ban" xoruzu Ramiz Mehdiyev olub. Kənd həyatı yaşayanlar bilirlər ki ,hər gün səhər gün dogar dogmaz xoruzlar banlamaga başlayır. Amma bunların icində tez banlayanına "Ban" xoruzu deyilir. Hətta köhnə kişilər deyir ki, xoruzlar ban xoruzuna o qədər hörmətlə yanaşır ki, o banlamadan hec bir xoruz səsini cıxarmaz. Daha Ramiz banlamadıgı üçün nə Əli banlaya bilir, nə də digərləri. Ona görə də mitinqlərə cagırış edə bilmirlər. Nə Gültəkin, nə də Cəmil Həsənli banlaya bilir. Biri Türkiyəyə qacıb, digəri Dubaya qacmaq istəyirdi. Amma unudublar ki, onların "nazı" ilə cox oynanılıb, daha yetər, öz "hininizə "dönmək vaxtıdır.
Artıq Azərbaycanda səhər siz "banlamasanız da" acılır. Bu gün Azərbaycanın müasir təhlükəsizlik konsepsiyası Ramiz kimilərin təhdidlərinin qarşısını almaga hədəflənib. Dövlətimizə, onun strukturlarına potensial risklərin erkən mərhələdə müəyyənləşdirilməsi və lazımı tədbirlər görülməsi, ölkənin suverenliyinin qorunması ücün vacibdir. Dünyada və regionda qeosiyasi rəqabətin ardıgı bir dövrdə xarici güc mərkəzlərinin daxildəki ramizlər, gültəkinlər, cəmillər və digər bu kimi yaramaz və xəyanətkar ünsürlər hesabına dövlətimizə qarşı yönəlmiş bu əmməlirinin qarşısı hər zaman oldugu kimi bu gün də, gələcəkdə də qətiyyətlə alınacaq. Buna ənin olun.
İlham Məmmədov, Milli Məclisin deputatı











































