
Azərbaycan Texnologiya Universitetinin əmkdaşı Azər Allahverdiyev bir neçə gün əvvəl səhər saatlarında işə gedərkən, Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Newscenter.az-a daxil olan məlumata görə, Azər Allahverdiyev ATU-nun prorektoru Şahmar Həsənovun şikayət ərizəsi əsasında saxlanıksa da, lakin təhsil ocağının əməkdaşı izahatı alınandan sonra sərbəst buraxılıb.
Məlumata görə, ATU-nun prorektoru Şahmar Həsənov universitetin rektoru Yaşar Ömərovun göstərişi əsasında Azər Allahverdiyevdən şikayət olunub.
Onu da qeyd edək ki, Texnologiya Universiteti haqqında Gəncə Şəhər Prukurorluğunda çirkli pulların yuyulması, maliyyə pozuntusu və. s haqqında çinayət işi açılıb.
Prokurorluğun Maliyyə Nazirliyinin yoxlamalarının və aşkar edilən qanunsuzluqların əsasında çinayət içi açdığı bildirilir.
Anar Əliyev













































