
"Rusiyanın Avropadakı dondurulmuş aktivləri üzərində nəzarət saxlanacaq və ümid edirəm ki, onların gələcək taleyi ilə bağlı Aİ daxilində Miladdan əvvəl keçiriləcək növbəti Aİ sammitinə qədər kompromis əldə oluna bilər".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Bizə verilən bütün qanuni suallara texniki cəhətdən cavab olacaq bir həll tapacağıq. Məqsəd Milad bayramına, Aİ Şurasının növbəti iclasına qədər bunu başa çatdırmaqdır və Avropa Komissiyasının yaxın bir neçə gün ərzində qərarlarını açıqlayacağı gözlənilir", - deyə Makron bildirib.
Fransa prezidentinin sözlərinə görə, avropalılar üçün əsas vəzifə bu aktivləri istənilən dəyişikliklərdən qorumaq və onlara nəzarəti saxlamaqdır.
Eyni zamanda, o əlavə edib ki, Aİ Ukraynanın hərbi səylərini uzunmüddətli maliyyələşdirməsini təmin etmək üçün müvafiq həll yolları tapmalı, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq bu gələcək maliyyələşdirmənin formatını və bu prosesdə Rusiya aktivlərinin rolunu müəyyən etməlidir.
Cavid











































