Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Hindistana səfərə gedir

Putin Hindistana səfərə gedir


Rusiya prezidenti Vladimir Putin Hindistana dövlət səfərinə hazırlaşır.

Newscenter.az TASS-a istinadən bildirir ki, səfər dekabrın 4-5-i tarixlərində baş tutacaq. Kreml rəhbərini səfərdə geniş tərkibdə nümayəndə heyəti müşayət edəcək.

Məlumata görə, səfər zamanı keçirilən görüşlərdə əsas müzakirə mövzusu hərbi sahədə əməkdaşlıq məsələləri olacaq.

Bloomberg yazır ki, Putinin səfəri zamanı Hindistan və Rusiya beşinci nəsil Su-57 qırıcılarının mümkün tədarükü, həmçinin S-500 raketdən müdafiə sisteminin modernləşdirilmiş versiyasının alınması perspektivləri müzakirə ediləcək.

Fuad
Xəbəri paylaş