
Biz xidmətə sevgidən doğulmuşuq, çünki sevgi — vətəndaşlığın ən ali mərtəbəsidir. Sevgi mükafat istəmir,
sevgi yalnız məsuliyyət istəyir —Vətənə, xalqa, dövlətə olan səssiz, davamlı məsuliyyəti.
Biz qanun yaratmaq üçün yox, insanın öz vicdanını oyatmaq üçün varıq. Biz hökm vermək üçün yox, ədaləti insan qəlbinin içində diriltmək üçün yol gedirik.
Bu yolda Gürcüstana səfərim, Qafqaz yəhudilərini bir araya gətirmək, Azərbaycanın multikultural ruhunu və tolerantlıq irsini təbliğ etmək— mənim borcumdan əvvəl mənə verilmiş mənəvi məsuliyyətdir.

Çünki təşkilatı möhkəmləndirmək yalnız struktur qurmaq deyil, qəlbləri birləşdirməkdir.
Magen David-in Gürcüstanda varlığı —insanların bir-birinə daha yaxın dayanması, dəyərlərin sərhəd deyil, körpü olması deməkdir.
Bizim yolumuz sadədir, amma mənası dərindir: Insanı insana bağlamaq. Hüququ qanundan deyil, qəlbdən başlatmaq. Və hər addımda sevgini, mərhəməti, ədaləti yaşatmaq.
David Seliverstov,
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri










































