Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən sevgisi, haqqın gücü və xalqın iradəsi qarşısında heç bir işğal dura bilməz

Vətən sevgisi, haqqın gücü və xalqın iradəsi qarşısında heç bir işğal dura bilməz


"Bu gün Laçın torpaqlarının azad olunduğu gündür, bir millətin qüruru, bir xalqın ən böyük arzularından birinin gerçəkləşdiyi tarixdir. Laçının işğaldan qurtulması təkcə bir rayonun azadlığı deyil, həm də Azərbaycan xalqının əzmi, iradəsi və birliyinin simvoludur".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, bu gün o dağların nəfəsi daha sərindir, o sıldırım qayaların səssizliyi belə Vətənə qovuşma sevincini pıçıldayır:

"Laçın yenidən Azərbaycan nəfəsi ilə canlanır, bayrağımızın qürurlu dalğalanması torpağın damarlarına azadlıq kimi axır.

Bu tarix bizə bir daha göstərdi ki, Vətən sevgisi, haqqın gücü və xalqın iradəsi qarşısında heç bir işğal, heç bir zülm dura bilməz. Laçın artıq əbədi olaraq Azərbaycandır, bu haqq, bu qürur bizimdir".

Cavid
Xəbəri paylaş