Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin effektivliyi çox azdır

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin effektivliyi çox azdır


"Azərbaycanda keçirilən və kifayət qədər vəsait sərf edilən beynəlxalq tədbirlərin effektivliyi çox azdır".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. Millət vəkili diqqətə çatdırıb ki, beynəlxalq tədbirlərin keçirilmısinə ayrılan vəsait təhsil sahəsinə ayrılan vəsaitdən olduqca çoxdur.

Millət vəkili hesab edir ki, Azərbaycanda külli miqdarda vəsait hesabına keçirilən beynəlxalq tədbirlərin nə dərəcədə effektiv olduğu təhlil edilməlidir:

"Əvvəl torpaqlarımız işğal altında idi, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması baxımından belə tədbirlərin keçirilməsi əhəmiyyətli idi. Artıq torpaqlarımız işğaldan azad olunub və azad edilmiş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Hesab edirəm ki, heç bir effekti olmayan beynəlxalq tədbirlərə sərf edilən vəsaiti Qarabağda quruculuq və abadlıq işlərinə sərf etsək daha yaxşı olar".

Süleyman
Xəbəri paylaş