Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İlham Məmmədov "Maqen David Azərbaycan "-nın Bakı ofisini ziyarət edib

Deputat İlham Məmmədov "Maqen David Azərbaycan "-nın Bakı ofisini ziyarət edib



Milli Məclisin deputatı İlham Məmmədov "Maqen David Azərbaycan"-nın Bakı ofisini ziyarət edib.

Newscenter.az xəbər verir ki, millət vəkili "Maqen David Azərbaycan"-nın fəxri sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoli Rafailov və "Maqen David Azərbaycan"-ın direktoru, beynəlxalq hüquq müdafiəcisi David Siverstrov ilə görüşüb.

"Səmimi söhbət etdik. Azərbaycan-İsrail dostluq münasibətlərinin hər dövrlərdə daha da möhkəm tellərlə bağlılığı və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması sohbətimizə xüsusi bir ovqat bəxş etdi. Xüsusən də bu yaxınlarda fəaliyyətə başlamış Azərbaycan-İsrail Ticarət Evinin hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində və inkişafında yeni bir beynəlxalq platforma olması xüsusi ilə qeyd olundu".

Süleyman
Xəbəri paylaş