
Danimarkada Fələstinin HƏMAS radikal hərəkatını dəstəkləməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, polisin məlumatına görə, onlar HƏMAS üçün 5.684.573 kron (883.455.000 dollar) toplayıblar.
59 yaşlı şübhəlinin 2023-cü ilin dekabrından başqa bir cinayət faktı üzrə axtarışda olduğu bildirilir. Digər həbs olunan şübhəli isə 28 yaşındadır.
Təhlükəsizlik Polisinin məlumatına görə, hər iki şübhəli Danimarkada və xaricdə birliklər və təşkilatlar şəbəkəsi vasitəsilə HƏMAS-a pul toplayaraq təşkilata köçürüblər.
Cavid










































