Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 702 nəfərə çatıb

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 702 nəfərə çatıb


İndoneziyada baş verən sel daşqınları səbəbindən qurbanların sayı artıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, qurbanların sayı 700-ü keçib.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 702 nəfər olub. Bununla yanaşı, 499 nəfər təbii fəlakət nəticəsində itkin düşüb.

Daha əvvəl ölənlərin sayının 600-ə yaxınlaşdığı bildirilirdi .

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin bildirdiyinə görə, fəlakətə bir həftədir bölgəyə yağan leysan yağışlar səbəb olub. Daşqınlar yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub. Xilasedicilər təbii fəlakətdən ən çox zərər çəkmiş ərazilərə getməkdə çətinlik çəkirlər.

Cavid
Xəbəri paylaş