
"Azərbaycanda istənilən şəxs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov səsləndirib. Millət vəkili deyib ki, heç kim qanundan üstün deyil və törətdiyi əməllərə görə məsuliyyət daşıyır:
"Xüsusilə dövlətçilik əleyhinə fəaliyyətlər göstərən, Azərbaycanda xaos, anarxiya yaratmaq istəyənlərə qarşı ən sərt tədbirlər görülməlidir".
Siyavuş Novruzov əmin olduğunu bildirib ki, Azərbaycanda hakimiyyət çevrilişi planlaşdıran şəxslər də layiq olduqları cəzanı alacaqlar.
Süleyman










































