
Rusiyada məcburi əməkdən yayınanlar həbs ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə qanun qəbul edilib. Rusiya Dövlət Dumasının deputatları məcburi əməkdən yayınan məhkumların axtarışı və məhkəmə qərarı ilə həbsinə yanaşmaların standartlaşdırılmasını nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul ediblər.
Qanun layihəsi iyunda Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim edilib və sentyabrda birinci oxunuşdan keçib. Dəyişikliklər Rusiya Federasiyasının Cinayət İcra Məcəlləsinə aiddir. CM-yə əsasən, məcburi əməkdən yayınan məhkum cəza yerinə keçirilməsi üçün order almaqdan boyun qaçıran, cəzanın icraatına getmədiyi, icazə müddəti başa çatdıqdan sonra cəzaçəkmə müəssisəsinə qayıtmayan, yaxud cəzaçəkmə müəssisəsini, və ya təsərrüfat müdiriyyətinin iş yerini icazə olmadan tərk edən şəxsdir.
Cavid










































