Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları Estoniyaya səfər edəcəklər

Milli Məclisin deputatları Estoniyaya səfər edəcəklər


Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri Fatma Yıldırım, Şahin Seyidzadə və Erkin Qədirli dekabrın 3-də Estoniyanın Tallin şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, millət vəkilləri burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, Ulu Öndərin əziz xatirəsini yad edəcəklər. Səfər çərçivəsində deputatlar həmçinin Estoniya parlamentariləri və ölkə rəsmiləri görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 6-da başa çatacaq.

Süleyman
Xəbəri paylaş