Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir

Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir



"Minsk Qrupu uzun illər ərzində ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrlik edilən bir vasitəçilik platforması kimi fəaliyyət göstərirdi. Lakin keçən dövr ərzində münaqişənin həllinə konkret təsir göstərməməsi, qapalı danışıqlar və “status-kvo”nun qorunmasına xidmət etməsi onu regionun yeni reallıqlarına uyğun olmayan bir format kimi səciyyələndiridi. Azərbaycan diplomatiyası isə 2020-ci il sonrakı dövrdə faktiki real vəziyyəti beynəlxalq səviyyədə tanıtmaq, ərazi bütövlüyü prinsipini vurğulamaq və köhnə vasitəçilik mexanizmlərinin dəyişməsinin vacibliyini nümayiş etdirmək üzrə ardıcıl strategiya həyata keçirdi. Odur ki, Minsk prossesinin ləğvi Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi, 2020-ci il müharibəsindən sonra regiondakı reallıqlar və Azərbaycan diplomatiyasının uzunmüddətli strategiyası ilə birbaşa əlaqələndirilə bilər".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir:

"Bu, ilk növbədə Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi “ərazi bütövlüyü və suverenlik” prinsiplərinin beynəlxalq səviyyədə qəbul edilməsi ilə bağlıdır. Qrupun artıq münaqişəni dondurmaq və Ermənistan-Azərbaycan danışıqlarına təsir göstərmək imkanının olmadığı reallığı beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Azərbaycanın diplomatik baxışının doğruluğunu ortaya qoyur".

Politoloq deyib ki, bu qərar vasitəçi güclərin rolunu azaltdığı üçün Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar üçün daha geniş perspektivləri ortaya qoyur:

"Azərbaycan diplomatiyası bundan sonra regionda sülh və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiya-delimitasiyası proseslərinin sürətlənməsi istiqamətində daha effektiv addımlar ata bilər. Odur ki, Minsk Qrupunun ləğvi beynəlxalq platformalarda Azərbaycanın mövqeyini gücləndirən diplomatik uğurdur.

Nəticə etibarilə, Minsk Qrupunun ləğvi Azərbaycan diplomatiyasının uzunmüddətli uğurunu və strateji baxışını təsdiqləyir. Bu qərar, həm regionun yeni geosiyasi reallıqlarına adekvatdır, həm də Azərbaycanın beynəlxalq səviyyədə apardığı diplomatik siyasətin effektivliyini göstərir. Azərbaycanın məqsədyönlü və ardıcıl diplomatiyası sayəsində, uzun illər davam edən münaqişə formatı artıq tarixə çevrilmiş və regionda sülh və normallaşma yolunda yeni imkanlar açılmışdır".

Süleyman
Xəbəri paylaş