Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Noyabr ayında 13 886 müraciət daxil olub

Noyabr ayında 13 886 müraciət daxil olub


Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 886 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 812 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 759 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 2 875 sənəd (vətəndaşlar tərəfindən 1 296 ərizə, Elm və Təhsil Nazirliyindən 422, digər qurumlardan 263, tabelikdə olan təhsil müəssisələrindən 524 məktub və 370 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 440 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş