Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur


Dekabrın 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Vətəndaş Cəmiyyəti Həftəsi”nin açılış mərasimi keçirilib. Gənclərin Yaradıcılıq Sarayında baş tutan mərasimdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi də qonaq qismində təmsil olunub.

Newscenter.az xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva bir neçə gün əvvəl Bakı və Naxçıvanda keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda Özbəkistanın vətəndaş cəmiyyəti təmsilçilərinin fəal iştirakına görə təşəkkür edib. O, bildirib ki, bu günlərdə təsis olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsində yeni mərhələdir. A.Əliyeva Özbəkistan QHT-lərini 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13-də) fəal iştiraka dəvət edib.

Süleyman
Xəbəri paylaş