
Gələn il Çin və Rusiya arasında strateji əməkdaşlığın 30 illiyi qeyd olunacaq.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. O bildirib ki, bununla yanaşı, Rusiya-Çin dostluq və əməkdaşlıq müqaviləsinin 25 illiyi qeyd ediləcək:
"Çin-Rusiya münasibətlərinin tarixində daha bir əlamətdar hadisədir. Bizim üçün strateji qarşılıqlı etimadı daha da gücləndirmək, dərinləşdirmək, mehriban qonşuluq və iqtisadi əməkdaşlığı genişləndirmək, milli dostluq münasibətlərini genişləndirmək vacibdir".
Nazir deyib ki, Moskva və Pekin strateji təhlükəsizlik üzrə yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi üzərində işləyir.
Cavid










































