
"Təhsil bir millətin gələcəyidir və təhsilə qoyulan vəsait gələcək üçün sərmayədir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentdə çıxışı zamanı səsləndirib. Millət vəkili deyib ki, deputat seçildiyi Neftçala rayonunda yeni təhsil müəssisələri inşa edilsə də, lakin hələ də rayon kəndlərində olduqca bərbad, təmirsiz məktəb binaları mövcuddur:
"Xüsusilə Heydər Əliyev Fonduna və onun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm ki, Neftçalada bu cür təhsil müəssisələri inşa olunub və ya təmir edilib. Ancaq dediyim kimi olduqca bərbad durumda olan məktəblər də var. Seçicilərlə görüşlərimi bir qayda olaraq məktəblərdə keçirirəm. Bir sıra məktəblərdə vəziyyət olduqca ağırdır. Şagirdlər çox ağır vəziyyətdə, neylon örtüklər vurulmuş məktəblərdə təhsil alırlar".
Süleyman










































