
Birləşmiş Ştatlar və Venesuela arasında hərbi qarşıdurma Vaşinqton və Karakas arasındakı fikir ayrılıqlarını həll edə bilməz.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterres deyib.
O, deyib ki, biz dialoq yolu ilə hərəkət etməliyik.
Quttereş, “Mən sizi Karib hövzəsində hazırda davam edən zərbələrdən daha dramatik nəticələrə səbəb ola biləcək qarşıdurmadan çəkinməyə çağırıram”, - deyə əlavə edib.
Qeyd edək ki, Vaşinqton Karakası narkotik ticarəti ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Bolivar Respublikasında gizli əməliyyatlar keçirməsinə icazə verib.
Cavid











































