
Bu ilin son 10 ayında 3 mindən çox insanda HİV infeksiyası aşkarlanıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın QİÇS-lə Mübarizə Mərkəzi məlumat yayıb. Bildirilib ki, yoluxanların əksəriyyəti 30-49 yaş arası insanlardır.
"Bu ilin 1 dekabr tarixinə ölkədə 52 mindən çox insan HİV daşıyıcısıdır", - deyə mərkəzin məlumatında bildirilib.
Mərkəzin hesablamalarına görə, son illərdə HİV-ə yoluxanların 30 faizindən çoxu əmək miqrasiyasından qayıdan vətəndaşlardır.
Cavid










































