Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreya Rusiyadan nüvə yanacağı idxalını azaldacaq

Cənubi Koreya Rusiyadan nüvə yanacağı idxalını azaldacaq


Cənubi Koreya Rusiyadan nüvə yanacağı idxalını azalda bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Cənubi Koreya prezidenti Li Çje Myon deyib. Onun sözlərinə görə, Cənubi Koreyanın müstəqil şəkildə zənginləşdirilməsi və işlənmiş nüvə yanacağının təkrar emalı Rusiyadan bu əmtəənin idxalının azalmasına səbəb ola bilər.

Koreya Respublikasının Prezidenti etiraf edib ki, yerli işlənmiş yanacağın təkrar emalı ilə bağlı danışıqlar Amerika agentlikləri daxilindəki narahatlıqlara görə gözlənildiyi kimi rəvan getmir. O, bu təşəbbüsün yerli nüvə silahının yaradılması cəhdi ilə bağlı olmadığını vurğulayıb.

Cənubi Koreya prezidenti Ağ Ev rəhbəri Donald Trampla son görüşünə diqqət çəkərək, "Mən ona nüvə yanacağının təxminən 30%-ni Rusiyadan idxal etdiyimizi dedikdə, Prezident Tramp cavab verdi ki, biz yerli istehsaldan yaxşı pul qazana bilərik və tərəfdaşlıq təklifi ilə çıxış etdi", - deyə bildirib.

Cavid
Xəbəri paylaş