
"2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri faktiki olaraq Rusiya və Qərb arasında açıq mübarizə kimi özünü göstərir. Artıq seçkilər Ermənistanın daxili məsələsi kontekstindən çıxarılaraq qlobal güclərin mübarizəsi kimi, digər dövlətləri də çəkişməyə tərəf olaraq cəlb edir. Moskva üçün Paşinyanın Ermənistanda hakimiyyətdə qalması qəbul edilməzdir və onun devrilməsi üçün ciddi proseslərə başlayıb. İran isə hətta Rusiyadan daha çox Paşinyanın devrilməsində maraqlıdır".
Newscenter.az xəbər verir ki, xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, bu kontekstdə, əgər Paşinyan hakimiyyətini itirərsə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar sülh prosesi, sərhədlərin müəyyənləşməsi və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər qapadıla bilərmi?” narahatçılığı tamamilə əsaslıdır:
"Rusiyaya meyilli qüvvələrin hakimiyyətə gəlməsi halında ilk olaraq sülh danışıqları və onun imzalanması dayanacaq. Hətta neytral bir siyasi fiqurun hakimiyyətə gəlməsi belə sülh danışıqlarının dayandırılması ehtimalını artırır. Koçaryan–Sarkisyan xətti üzrə və ümumiyyətlə Rusiyaya bağlı istənilən fiqurun hakimiyyətə gəlməsi ilə “Qarabağ məsələsi” ritorikası bərpa ediləcək. Azərbaycanla sərhəddə təxribatların başlanması və artması mümkündür. Zəngəzur dəhlizi isə yeni hakimiyyət üçün qırmızı xətt olacaq. Paşinyanın dəhlizi “kommunikasiyanın açılması” kimi təqdim etməsi fonunda, bu proses dərhal dondurulacaq".
Anar











































