
İstanbul Hava Limanı hava limanı və terminal əməliyyatları üçün beynəlxalq səviyyədə tanınmış ISO 22301 Biznes Davamlılığı İdarəetmə Sistemi Sertifikatına layiq görülüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Hava limanının beynəlxalq terminalında keçirilən biznes davamlılığı sertifikatının təqdimat mərasimində İstanbul Hava Limanının administratoru İlker Haktankaçmaz, İstanbul Hava Limanı Operatoru İGA-nın baş direktoru Səlahəddin Bilgen və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Bilgen, sertifikatın İstanbul Hava Limanının potensial fasilələr, fövqəladə hallar və biznes proseslərində böhranlar halında ən yüksək standartlarda fəaliyyətini davam etdirmək qabiliyyətini nümayiş etdirdiyini vurğulayıb.
Şeyda










































