Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupunun ləğvi Azərbaycanın növbəti diplomatik qələbəsidir

Minsk qrupunun ləğvi Azərbaycanın növbəti diplomatik qələbəsidir


“ATƏT-in Minsk qrupunun ləğvi haqqında qərar Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları göstərir”.

Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, vasitəçilik missiyası adı altında ABŞ, Rusiya və Fransanın monopolist siyasətlərinin çöküşünə şahid olduq:

“Bu baxımdan Minsk qrupunun rəsmi olaraq ləğv olunması, Azərbaycanın diplomatik strategiyasının qələbəsi olaraq görülür. Çünki rəsmi olaraq, köhnə donmuş “status-kvo” nun bağlanması, Azərbaycan və Ermənistan arasında vasitəçilik qapısının birdəfəlik bağlanması deməkdir. İki ölkə arasında hər hansı sülh sazişi ilə bağlı və normallaşma olacaqsa, bu yalnız yeni reallıq üzərində həyata keçiriləcək. Bu, Azərbaycanın xarici siyasətinin suveren və təşəbbüskar olmasını göstərir. Bu baxımdan Minsk qrupunun ləğvi Azərbaycanın növbəti, strateji diplomatik qələbəsi hesab oluna bilər”.

Anar
Xəbəri paylaş