
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları 53 yaşlı İlqar Əliyevi müxtəlif şəxsləri aldadaraq onlardan pul almaqda şübhəli şəxs qismində saxlayıblar.
Newscenter.az DİN-ə istinadən bildirir ki, araşdırmalarla onun insanlara dövlət qurumlarına və özəl sektora işə düzəltmə vədi verərək ümumilikdə 29 min manat ələ keçirdiyi, lakin heç bir vədinə əməl etmədiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.
İ.Əliyevin bu kimi əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.
Cavid










































