Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Restoranda yanğın olub, ölən və çoxlu sayda yanıq xəsarətləri alan var

Restoranda yanğın olub, ölən və çoxlu sayda yanıq xəsarətləri alan var


Özbəkistandakı restoranlardan birində baş vermiş yanğın bir neçə nəfərin ölümünə və çoxsaylı insanın yanıq xəsarətləri almasına səbəb olub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, hadisə Gülüstan şəhərindəki "Tərəqqiyot" MFİ ərazisində yerləşən restoranlardan birində olub.

Baş verən yanğın nəticəsində 29 vətəndaş müxtəlif dərəcəli yanıq xəsarəti alıb, 3 nəfər isə ölüb.

Ölüm faktı Səhiyyə Nazirliyi tərəfindən də təsdiqlənib.
Məlumata görə, yanğın 2 dekabr saat 10:49-da baş verib.
Xəsarət alanlardan:

26 nəfər Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin Sırdərya filialına yerləşdirilib; 3 nəfərə ambulator yardım göstərilib və evə buraxılıb. Yaralılardan 1 xəstənin vəziyyəti ağırdır və süni tənəffüs aparatına qoşulub.
Reanimasiyada olan xəstələrdən:
5 nəfərin vəziyyəti stabil, kritikdir.

Nazirlik bildirib ki, yaralılar arasında iki hamilə qadın müşahidə üçün Respublika İxtisaslaşdırılmış Ana və Uşaq Mərkəzinin Sırdərya filialına köçürülüb.

Şeyda
Xəbəri paylaş