
Qazaxıstan prezident Kasım-Jomart Tokayev hərbi sahədə baş verən ölüm hallarının qarşısının alınmasını tapşırıb.
Newscenter.az "Sputnik Qazaxıstan" istinadən bildirir ki, Tokayev bu barədə tapşırığı hərbi və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə verib.
Müşavirədə Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları rəhbərlərinin orduda qanun pozuntularının qarşısının alınması üzrə fəaliyyətinin müxtəlif aspektləri nəzərdən keçirilib.
Prezident qanunçuluğun və asayişin daha da təmin edilməsinə, orduda maarifləndirmə işinin təkmilləşdirilməsinə və hərbi qulluqçuların ölüm və xəsarət almasının qarşısının alınması üçün görülən tədbirlərin effektivliyinin artırılmasına yönəlmiş bir sıra konkret tapşırıqlar verib.
Şeyda










































