
Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində irəli sürülən təşəbbüslər nəticə verimir. Tərəflərdən heç birinin güzəştə meyilli olmaması prosesləri daha çox Kiyevin ziyanına dəyişir. Bu arada problemin həlli üçün əsas təşəbbüskar olan Birləşmiş Ştatlar da daha çox Rusiyanın maraqlarından çıxış edən tərəf kimi görünür. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, ABŞ administrasiyası Ukraynani Rusiyaya güzəştə getməyə hazırdır. Onun sözlərinə görə, bunun üçün V. Zelenskiyə ciddi təzyiqlər edir:
"Avropanın dəstəyi nəticəsində V. Zelenski duruş gətirir. ABŞ prezidenti D. Tramp və onun yaxın ətrafı Rusiya üçün atəşkəs müqabilində Ukraynanı ərazi güzəştinə məcbur edir. Ukrayna ərazi güzəştə gedərsə, bir dövlət kimi çökəcək".
Süleyman











































