
"Taleh Bağırzadə ilə Əli Kərimlinin həmfikir olması bu günün məsələsi deyil. Onların birgə fəaliyyəti Milli Şuraya və ondan öncəki dövrə qədər gedib çıxır. Bu baxımdan Taleh Bağırzadə ilə Əli Kərimlinin həmfikir olmasında qeyri adi bir şey görmürəm. Bu şəxslərin hər ikisi Azərbaycanın maraqlarını başqa dövlətin maraqlarına qurban vermiş şəxslərdirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Ağamalı Taleh Bağırzadənin Əli Kərimlinin həbsinə etiraz etməsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Rusiya və İranın beynəlxalq siyasətdə birgə fəaliyyətini nəzərə alsaq, Azərbaycana qarşı fəaliyyətlərində də öz agenturalarına sinxron fəaliyyət göstərmək barədə tapşırıq vermələri gözlənilən idi:
"Ümumiyyətlə, güclü və müstəqil siyasət yeridən Azərbaycan imperialist maraqları olan dövlətləri heç zaman qane etmir. İstər Rusiya, istərsə də İran Azərbaycanı ən azından öz təsir dairələrində görmək istəyindədirlər. Bu baxımdan AXCP sədri Əli Kərimli radikal siyasi məqsədlərinə çatmaq üçün bütün ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olan şəxsdir. İstər Rusiya olsun, istərsə də İran və ya istənilən bir qərb ölkəsi ilə".
Süleyman











































