Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Insan immunçatışmazlığı virusu ilə yoluxdurmaya görə, hansı cəza tətbiq olunur?

Insan immunçatışmazlığı virusu ilə yoluxdurmaya görə, hansı cəza tətbiq olunur?


Bəzi hallarda QİÇS və ya digər yolxucu xəstəlikləri olan insanlar bilərəkdən digər şəxs və ya şəxsləri də həmin cirusa yoluxdururlar. Nəticə etibarilə cəmiyyətdə təhlükəli virus daşıyıcılarının sayı artır. Bəs görəsən bu cür hallara qarşı qanunvericilikdə hansı cəza növü nəzərdə tutulur?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı münasibətini bildirən vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140-cı maddəsinə əsasən bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onun sözlərinə görə, insan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"2 və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Süleyman
Xəbəri paylaş