Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə mükafatlandırma mərasimi keçirilib

Özbəkistanda “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə mükafatlandırma mərasimi keçirilib


Özbəkistanda “Vətəndaş Cəmiyyəti Həftəsi” çərçivəsində Daşkənddə “Yüksalish” Hərəkatının “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva fəxri qonaq qismində qaliblərə təltifləri təqdim edib.

Özbəkistanın “Yüksalish” Hərəkatı artıq 4 ildir ki, “Aramızdakı qəhrəmanlar” layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşları islahatlara, ictimai proseslərə və sosial təşəbbüslərə daha fəal cəlb etmək, həmçinin müsbət nümunələri cəmiyyətdə tanıtmaqdır.

Süleyman
Xəbəri paylaş