
Təklif edilən sülh təşəbbüsləri və planlarına rəğmən hələ də Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi mümkün olmur. Hər iki tərəf irəli sürülən təkliflərdə bir sıra maddələrin qəti əleyhinə çıxır. Bəs görəsən belə bir vəziyyətdə proseslər hansı məcraya doğru inkişaf edəcək?
Newscenter.az xəbər verir ki, cərəyan edən prosesləri dəyərləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Rusiya tərəfi geri addım atmaq niyyətində olmadığını dəfələrlə səsləndirib və belə bir vəziyyətdə danışıqlar dalana dirənib:
“Bu baxımdan yaxın gələcəkdə həm Rusiya həm də Ukrayna üçün qarşılıqlı etimad zəifdir və bu da tərəflər arasında kompromisin olmaması ilə bağlıdır. Bu görünən hesabla yaxın bir ildə diplomatik yollarla münaqişənin həlli mümkün görünmür, amma, bu istiqamətdə görüşlər, təkliflər və digər məsələlər davam edəcək. Çünki, şərtlər ağırdır və şərtlər üzərində müzakirələr davam etməlidir”.
Çingiz Şahbazi qeyd edb ki, paralel olaraq döyüş meydanında da üstünlük əldə olunması üçün mübarizə qızışacaq:
“Real vəziyyət onu göstərir ki, nə uzunmüddətli müharibə, nə də ki, uzunmüddətli sülh haqqında danışmaq hələ tezdir”.
Süleyman











































