Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə mədənçilik sahəsində dünyada 7-ci yerdədir

Türkiyə mədənçilik sahəsində dünyada 7-ci yerdədir


Türkiyə mineral müxtəlifliyinə görə dünyada 7-ci yerdə qərarlaşıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir deyib ki, keçən il 6 milyard dollar dəyərində mineral ixrac edilib:

"İnanıram ki, bu il 11 ayda əldə etdiyimiz 5,1 milyard dollar ilin sonuna qədər 6 milyard dolları keçəcək".

Nazir Bayraktar dünyanın 90 mineralından 70-nin Türkiyədə olduğunu bildirib. O, Türkiyənin mineral sərvətləri və mineral müxtəlifliyi baxımından əhəmiyyətli potensiala malik olduğunu bildirərək, "Sənaye xammalı ehtiyatlarının 2,2%-i, metal mineral ehtiyatlarının 0,4%-i, kömür ehtiyatlarının 1%-i və geotermal potensialın 0,8%-i Türkiyədədir. Bor, soda külü, gips və xrom baxımından qlobal miqyasda ilk 5-likdəyik",-deyib.

Süleyman
Xəbəri paylaş