Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada fərarilərin sayı 265 mini keçib

Ukraynada fərarilərin sayı 265 mini keçib


Ukraynada xidmət etməkdən imtina edən və bölməni tərk edən fərarilərin sayı 2022-ci ilin fevral ayına qədər olan ordu üzvlərinin ümumi sayını keçib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Maryana Bezuglaya deyib.

Onun sözlərinə görə, 1 fevral 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələrində 261 min hərbçi var idi. Bundan sonra Vladimir Zelenskinin fərmanı ilə ordunun sayı 361 minə çatdırılıb:

"Fərarilərin, yəni bölməni könüllü olaraq tərk edən hərbçilərin sayı 2022-ci ilin fevral ayına qədər ordumuzun ümumi sayını keçib", deyə Radanın deputatı bildirib.

Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti Ukrayna hərbçilərinə və ekspertlərinə istinadən yazırdı ki, Kiyev Silahlı Qüvvələrdə səfərbərlik, kadr çatışmazlığı və fərarilik ilə bağlı ciddi problemlərlə üzləşir və bəzi cəbhə xəttində ümumiyyətlə əsgər qalmayıb. Məlumta görə, 2022-ci ilin fevral ayından bəri bu rəqəm 265 mini keçib.

Cavid
Xəbəri paylaş