Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası İslam İnkişaf Bankı ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Hesablama Palatası İslam İnkişaf Bankı ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirib


Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Vəfa Mütəllimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) rəhbərliyi ilə görüş keçirib.

Newscenter.az Palataya istinadən bildirir ki, İslam İnkişaf Bankı Qrupunun prezidentinin müşaviri Məhəmməd Hedi Mecai nümayəndə heyətini salamlayaraq onları Ciddə ofisində qəbul etməkdən məmnunluğunu ifadə edib.

Görüş üçün təşəkkürünü bildirən auditor Vəfa Mütəllimova görüşün əhəmiyyətini vurğulayaraq Hesablama Palatasının funksional fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə qarşı tərəfə məlumat verib. O, İslam İnkişaf Bankı ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq üzrə mövcud imkanları müzakirə edib və gələcək əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində ilkin addımları müəyyən ediblər.

Süleyman
Xəbəri paylaş