Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Tariximizi və mədəni irsimizi yaşadaq” mövzusunda maarifləndirici tədbir keçirilib

“Tariximizi və mədəni irsimizi yaşadaq” mövzusunda maarifləndirici tədbir keçirilib


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Nizami Gəncəvi Muzeyinin Könüllülərinin iştirakı ilə “Konstitusiya və Suverenlik” ili çərçivəsində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Tariximizi və mədəni irsimizi yaşadaq” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə və Kəmərqaya kənd tam orta məktəbində təşkil olunub.

Tədbir zamanı iştirakçılara ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Süleyman
Xəbəri paylaş