Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2001-ci ildə Buş Putinə Rusiyanın Qərbin bir hissəsi olduğunu deyib

2001-ci ildə Buş Putinə Rusiyanın Qərbin bir hissəsi olduğunu deyib


2001-ci ildə ABŞ prezidenti Corc Buş Rusiyanın Qərbin düşməni deyil, bir hissəsi olduğunu bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Corc Vaşinqton Universitetinin qeyri-kommersiya tədqiqat təşkilatı olan Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədləri sübut edir.

Dərc edilən sənədlər arasında 2001-ci ilin iyun ayında Sloveniyada Rusiya Prezidenti Vladimir Putin və Corc Buş arasında ikitərəfli görüşdən sonra hazırlanmış Ağ Ev memorandumu da var. Sənəddə Amerika liderinin "Rusiya Qərbin bir hissəsidir; o, düşmən deyil" dediyi sitat gətirilir. O, "Rusiyanın maraqlarının Qərblə əlaqəli olduğunu" bildirib. Corc Buş iddia edib ki, 50 ildən sonra Çin böyük problem ola bilər.

Cavid
Xəbəri paylaş