Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna bataqlığına Türkiyəni də çəkmək istəyirlər

Rusiya-Ukrayna bataqlığına Türkiyəni də çəkmək istəyirlər


"Rusiya və Ukrayna arasında müharibə davam edərkən biriləri bu bataqlığa Türkiyəni də çəkmək istəyir. Qardaş ölkəyə qarşı ittifaqlar və həmin ittifaqlardan qaynaqlanan ssenarilər qurulur".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, bir müddətdir Türkiyə ərazisinə dron müdaxilələri edilir:

"Bu dronların mənbəyi haqqında isə müxtəlif fikirlər və ehtimallar irəli sürülür. Təbii ki, oxlar ilk növbədə Rusiyaya istiqamətlənib. Lakin, istisna deyil ki, hansısa qüvvələr məhz Qara dəniz hövzəsində yeni münaqişə oçağı yaransın deyə rus puaları görüntüsündə bu prosesi reallaşdırsın".

O deyib ki, hazırda regionda Türkiyənin zəifləməsini ən çox istəyən İsrail və Yunanıstandır:

"Cənubi Kipr Respublikası da işin içindədir. Lakin o ən zəif bənddir. Təl-Əviv Yunanıstan və Cənubi Kipri silahlandırır. Hətta Ankaraya qarşı ittifaq formalaşdırırlar. Ehtimal ki, həmin dron müdaxilələrinin arxasında məhz bu ölkələr dayanır. Əlbəttə bu bir ehtimaldır. Ancaq Afina-Təl-Əviv tandemi öz niyyətini açıq şəkildə, əməli fəaliyyətlə nümayiş etdirirlər. Hər iki ölkənin lobbisi ABŞ - da Türkiyə əlehinə koalisiya formalaşdırıb və Ankaranın Birləşmiş Ştatlardan F-35 başda olmaqla bəzi silah sistemlərinin almasına mane olmaq cəhdləri edirlər".

Pərviz Mirizadə əmindir ki, qardaş ölkəyə qarşı qurulan bu şər ittifaqı öz məqsədlərinə çatmayacaq:

"Yunanıstan onsuz da yeni nizamda indi olduğu vəziyyətdən daha aşağı liqaya yuvarlanacaq. Türkiyə tez bir zamanda Suriyadakı boşluqları, xüsusilə, YPG məsələsini yekunlaşdırıb diqqətini məhz qeyd etdiyim birlik istiqamətinə cəmləşdirməlidir. Əks təqdirdə müəyyən çətinliklərlə üzləşmək qaçınılmazdır".

Süleyman
Xəbəri paylaş