Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq axtarışa verilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışa verilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub


Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviç Qazaxıstandan ölkəyə ekstradisiya olunub.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməkdə şübhəli bilinib.

Ramazan Herayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, beynəlxalq axtarışa verilib.

R.Herayev Qazaxıstanda saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Cavid
Xəbəri paylaş