
Hindistanda sərnişin avtobusunun iştirakı ilə yol-qəza hadisəsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Hindistanın cənubundakı Karnataka ştatında olub. Belə ki, sərnişin avtobusu ilə yük maşını arasında baş verən toqquşma nəticəsində ən azı doqquz nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Qəəzadan sonra avtobus alovlanıb. Qəza zamanı sərnişinlərin çoxu yatmış vəziyyətdə olub.
Faciə ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, əks istiqamətdə hərəkət edən yük maşını qəfildən orta yolu keçərək avtobusla toqquşub.
Cavid










































