
Rusiyalı fiqurlu konkisürən Kamila Valiyevanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiyası 25 dekabrda başa çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agnetlik bildirir ki, 29 yanvar 2024-cü ildə İdman Arbitraj Məhkəməsi (CAS) fiqurlu konkisürən idmançını diskvalifikasiya edib və Ümumdünya Antidopinq Agentliyinin 25 dekabr 2021-ci ildən qüvvədə olan dörd illik diskvalifikasiya tələbini təmin edib.
Həmçinin, idmançının 2022-ci il Olimpiadasındakı nəticələri ləğv olunub. Rusiya komandası Olimpiya komandasının qızıl medalından məhrum edilib və medal amerikalılara verilib. Rusiyalı konkisürənlər üçüncü yerə endirilib.
Valiyeva qadağan olunmuş trimetazidin maddəsindən istifadə etdiyinə görə diskvalifikasiya olunub.
Şeyda












































