
Rusiyanın paytaxtı Moskvadakı Varşavskaya Plaza biznes mərkəzində yanğın baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər Baş İdarəsi məlumat yayıb.
"Varşavskaya Plaza Biznes Mərkəzinin Varşavskoye şossesi, 26 ünvanında yanğın barədə məlumat daxil olub", - deyə idarədən bildiriblər.
Təcili yardım xidmətləri agentliyə yanğının daha yüksək mürəkkəblik səviyyəsinə qaldırıldığını bildirib.
Yanğının mənbəyi hələ tapılmayıb və yanğınsöndürənlər kəşfiyyat missiyası aparırlar. Təxliyə işləri davam edir. Yanğınsöndürmə işlərinə altmış beş yanğınsöndürən və 18 texnika cəlb olunub.
Təcili yardım xidmətlərinin məlumatına görə, yanğın 300 kvadrat metr ərazini əhatə edir. Agentliyin mənbəsi qeyd edib ki, yanğın 3-cü və 5-ci mərtəbələr arasında baş verir.
Şeyda










































