
Çexiyanın Azadlıq və Birbaşa Demokratiya partiyası ölkənin müdafiə naziri Yaromír Zunaya Ukrayna haqqında açıq danışmağı qadağan edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb .
Nəşrin bildirdiyinə görə, nazirin Ukraynanı dəstəkləməyə davam etmək niyyəti ilə bağlı açıqlamaları Çexiya partiyası daxilində iğtişaşlara səbəb olub. Hətta bəzi siyasətçilər naziri açıqlamalarını geri götürməyə və ya istefa verməyə çağırıblar. Qeyd olunur ki, partiya sədri Tomio Okamura Zunanın artıq Ukrayna mövzusunda çıxış etməyəcəyini və Kiyevə davamlı dəstək ilə bağlı bütün sualların Çexiya Baş naziri Andrey Babişə ünvanlanacağını açıqlayıb.
Partiya sədri bildirib ki, Ukraynaya dəstək ABŞ prezidenti Donald Trampın başlatdığı sülh danışıqlarına əsaslanaraq münaqişənin tez bir zamanda sona çatmasına səbəb olmalıdır.
Şeyda










































