
Türkiyədə qeyri-adi cinayət hadisəsi qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Siirt'in Baykan rayonunda saxlanılan bir yük maşınında xırda mal-qaranın qarın boşluğunda gizlədilən 54 kiloqram 600 qram metamfetamin müsadirə edilib.
Belə ki, Siirt və Hakkari Polis İdarələrinin narkotik və kəşfiyyat qruplarının birgə keçirdiyi əməliyyat zamanı yük maşınının qoşqusundakı bəzi heyvanların qarın nahiyələrində tikiş izləri aşkar edilib.
Ətraflı araşdırma nəticəsində 29 xırda mal-qaranın qarın boşluğuna narkotik maddə qoyulduğu müəyyən olunub.
Ümumilikdə heyvanların mədəsindən 54 kiloqram 600 qram metamfetamin çıxarılıb.
Əməliyyat çərçivəsində iki şübhəli saxlanılıb.
Fuad










































