Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda avtomobil yanaraq külə dönüb

Sumqayıtda avtomobil yanaraq külə dönüb


Sumqayıtda avtomobil yanaraq külə dönüb.

Newscenter.az-ın xəbərinə görə, "Report"un yerli bürosu məlumat verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Xəbəri paylaş